1525793238_31961887_1830784963611428_1129916019091963904_n

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin komandası 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb

7 may tarixində SOCAR-ın «Azərikimya» İB təşkilatçılığı ilə növbəti dəfə olaraq bir sıra müəssisə, idarə və təşkilatların komandaları- ümumilikdə 22 komanda arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xəmsə” adlı Breyn Rinq bilik yarışı keçirilib.

“Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, SOCAR “Azneft” İB-nin Neft və qazçıxarma İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, SOCAR Karbamid zavodunun, “Socar-Polymer” MMC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris mərkəzinin, FHN-nin Sumqayıt Regional İdarəsinin, FHN-nin Akademiyasının, respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, “N” saylı hərbi hissənin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, Sumqayıt şəhər təhsil şöbəsinin, SDU-nun nəzdində fəaliyyət göstərən Dövlət texniki kollecin, Sumqayıt şəhər Mərkəzləşdirilmiş kitabxanalar sisteminin, Sumqayıt şəhər Gənclər evinin və digər müəssisələrin komandaları da daxil olmaqla 22 komanda qatılıb.

«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri İmran Arzumanzadə bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.

Həmçinin Azərbaycan  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin komandası 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.1525793157_31961344_1830785620278029_2450670749543825408_n 1525793198_32089942_1830784350278156_1022804353683030016_n 1525793205_32130661_1830784930278098_1213577352043298816_n 1525793221_31957381_1830785736944684_7264189556226785280_n 1525793248_32130774_1830787433611181_9046339347544014848_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.