İl boyunca AzQAC Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan miqrantlarla mütəmadi olaraq silsilə humanitar, tibbi-sosial yönümlü fəaliyyətləri həyata keçirir. Onlardan azərbaycan dili kursları, icmaya əsaslanan sağlamlıq, ilk yardım və s. fəaliyyətləri xüsusi qeyd etmək olar. Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərində “Sağlam Həyat Tərzi”nin təbliğinə önəmli yer ayrılır.
Belə ki, may ayının 18-ə azərbaycan dili kursunda iştirak edən miqrantlara AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən “Sağlam həyat tərzi” mövzusunda növbəti seminar keçirildi. M.Qaraxanova tərəfindən seminar iştirakçılarına sağlam həyat tərzinin anlayışı, oraya daxil olan mövzular izah edilmiş, sağlamlığa təsirlər barədə məlumatları azərbaycan dilində çatdırılması onlar üçün bir təcrübəidi. Bununla yanaşı, seminarda iştirak edən uşaqları nəzərə alaraq, movzu ilə bağlı məlumatlar tapmacalar, əyani misallar vasitəsilə izah edilmişdir. Uşaqlar həvəslə sualları cavablandırırdılar. Miqrantlara sağlamlıqla bağlı digər mövzulara həsr edilən seminarlar keçirilməsi də nəzərdə tutulur. Seminarda miqrasiya şöbəsinin mütəxəssisi, azərbaycan dili kursunun müəllimi Sona Hacıyeva iştirak etmiş və onun təşəbbüsü ilə seminarın sonunda əfqanıstanlı miqrant Əli Səccadın doğum günü şagirdlər,valideynlər və müəllimlərin iştirakı ilə şirniyyat süfrəsində qeyd edilmişdir.
Uşaqlar mahnılar oxuyaraq Əli Səccadı təbrik etmişlər. Ad günü münasibətilə Əliyə kitab hədiyyə təqdim edilmiş və valideyn Leyla xanım hamıya dərin təşəkkürünü bildirmişdir.