Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün Təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda marifləndirici seminarlar kecirilir. Bu seminarlar Tərtər rayon Təhsil müəssisələrində də AzQAC -nin Tərtər rayon bölməsi tərəfindən də kecirilir.Təlimlər IX, X, XI, siniflərində, AzQAC Tərtər rayon bölməsinin təşkilatçılığı iləl Tərtər rayon 6 saylı, 5 saylı, Şıxarx kənd,Söylən kənd, Bəyimsarov kənd, Sarov kənd, Qarağacı kənd məktəbləində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Tərtər rayon bölməsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin könüllüsü Heydərli Yaqub və Əlizadə Nofəl açaraq, Qızıl Aypara Cəmiyyəti haqqında məlumat verildi və mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışıldı. “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları” barədə ətraflı məlumat verildi. Şagirdlərlə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Sonda mövzu barədə hazırlanmış bukletlər şagirdlərə paylanıldı.