IMG-20180601-WA0003

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun ayının 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.

Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Nəsimi rayon 123 saylı uşaq bağçasının birgə təşkilatçılığı ilə  1 iyun 2018-cı il tarixində Bakı şəhəri  uşaq bağçasının həyətində tədbir keçirildi. Bayram əhval –ruhiyyəsi ilə keçirilən tədbir Azərbaycan Respublikasınnın dövlət himninin  səsələndirilməsi ilə başlandı. Musiqiçilərin ifası, uşaqların oxuduqları mahnılar və şerlər tədbiri daha da maraqlı etdi.

Bununla yanaşı, AzQAC Baş ofisində azərbaycan dili kursunda iştirak edən miqrant uşaq və analara uşaq hüquqları barədə maarifləndirici görüş keçirilmişdir. Uşaqlara yaşamaq, müdafiə olunmaq, inkişaf və iştirak hüquqları barədə məlumatlar  izah edilmişdir.

Tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı katibi Ceyhun Mirzəyev və Cəmiyyətin kollektivi iştirak etmişdir. Sonda kollektiv şəkil çəkdirildi və uşaqlara AzQAC tərəfindən simvolik hədiyyələr verildi.1iyun-2018 usaqlar günü IMG-20180601-WA0001 IMG-20180601-WA0004

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.