Hər il olduğu kimi, AzQAC “İcmaya əsaslan sağlamlıq” proqramı çərçivəsində 1 İyun Beynəlxalq Usaqların Müdafiəsi gününə həsr edilən sil-silə maarifləndirici görüşlər təşkil olunmuşdur. Belə ki, 1 iyun tarixində proqramın kordinatoru Mətanat Qaraxanova tərəfindən “Baby Planet”uşaq baxçası və “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyində təşkil olunan tədbirlərdə analara uşaq hüquqları, uşaqların inkişafı, onların müdafiəsi üçün atılan addımlar, həyata keçirilən tədbirlət haqqında geniş şəkildə məlumatlar çatdırılmışdır. Görüşdə iştirak edən anaların uşaqların sağlamlıqları barədə verilən sualları M.Qaraxanova cavablandıraraq, onları uşaqların ilk 3 ildə inkişafına daha diqqətli olmaq və dəstək verilməsinə dair məlumatları xüsusi qeyd etmişdir.
Bununla yanaşı, AzQAC ofisində azərbaycan dili kursunda iştirak edən miqrant uşaq və analara uşaq hüquqları barədə maarifləndirici görüş keçirilmişdir. Uşaqlara yaşamaq, müdafiə olunmaq, inkişaf və iştirak hüquqları barədə məlumatlar izah edilmişdi. Sonda hər bir uşağa kiçik hədiyyələr təqdim olunmuşdur.