Pirallahı rayonunda da Müqəddəs Qurban bayramı münasibətilə ilə 250 aztəminatlı, əlilliyi olan şəxslərə, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı təqdim olundu. Rayonun Pirallahı, Gürgən, Çilov və Neft Daşları qəsəbələrində bayramla bağlı keçirilən mərasimlərdə qurbanlar kəsilərək paylanıldı.
Pirallahı qəsəbəsində keçirilən mərasimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri İsmayıl Əliyev və Anara Hacıbəyli, AzQAC Pirallahı rayon bölməsinin sədri İskəndərova Təranə, Yap Pirallahı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər, bu cür xeyriyyə aksiyalarının məqsədinin milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlilliyi olan şəxslərə6, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarət olduğunu diqqətə çatdırdılar.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.