Müqəddəs “Qurban Bayramı”münasibəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 200 qurban payı AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllarıa , xüsusi qayğıya ehtiyaclı uşaqlara, həmçinin imkansiz ailələrə qurban payları paylanılmışdı. Bu Müqəddəs Bayramda diqqətə , qayğıya ehtiyacı olan insaları bayram sovqatı ilə sevindirən şəhərimizin başçısı Zakir Fərəcova və İcra nümayəndəliyinə eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Sevindik Əzimova AzQAC Sumqayıt şəhər bölməsi adından öz təşəkkürümüzü bildiririk !Bayram əhval-ruhiyyəsində olan ahıllar,imkansız ailələr, tənha , kimsəsiz sakinlər , xüsusi qayğıya ehtiyaclı uşaqların valideynləri müqəddəs Qurban bayramında onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər. Eyni zamanda AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da hər zaman olduğu kimi bu Müqəddəs Qurban bayramında da qeydiyyatımızda olan ahıllara,imkansız ailələr, tənha , kimsəsiz sakinlər , xüsusi qayğıya ehtiyaclı uşaqlara göstərdiyi diqqət üçün öz adından və çox saylı ehtiyaclılar adından şəhər icra hakimiyyətinin başcısı cənab Zakir Fərəcova minnətdarlığını bildirdi.