“ Təhlükəsizlik və Möhkəm İcmaların Qurulması ” layihəsi çərçivəsində Gürcüstanın Bakuriani şəhərində 7 günlük yay məktəbi təşkil olunmuşdu. Düşərgə Avstriya Qızıl Xaçının maliyyə dəstəyi və Gürcüstan Qızıl Xaç Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Düşərgədə Gürcüstanın ayrı-ayrı regionlarının gənc könüllüləri ilə yanaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 8 nəfərdən ibarət nümayəndə heyəti də iştirak etmişdir.
Düşərgənin ilk günü tanışlıq , 2-ci günü isə Gürcüstanın Qızıl Xaç və Azərbaycan Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətlərinə həsr olunmuş təqdimat və hər iki ölkənin mədəniyyətlərinə həsr olunmuşdu. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti barədə cəmiyyətin əməkdaşı Aygün Əsgərzadə , AzQAC Sumqayıt şəhər bölməsinin könüllüsü Arzu Mustafazadə çıxış etdi. Azərbaycan mədəniyyəti və tarixi barədə çıxışı və təqdimatı AzQAC Sumqayıt şəhər bölməsinin könüllüsü Nicat Hüseynov təqdim edirdi . Çıxışdan əvvəl tədbir iştirakçıları Azərbaycan himninə sayğı duruşuna dəvət olundu və Azərbaycan nümayəndə heyəti himni səsləndirdi. Bundan sonra təqdimat çərçivəsində Azərbaycan Dövlət bayramları , milli kulinariyası , musiqi mədəniyyəti , milli geyimləri və tarixi abidələri mövzusunda iştirakçılar məlumatlandırılırdılar. Yay məktəbinin qalan günlərində “Liderlik” , “Emosiyaların idarə edilməsi” , “İlkin Yardım” , “Təbii fəlakə və onun idarə olunması” , “Psixo-sosial dəstək” təlimləri və qrup işləri , həmçinin simulyasiya təlimi çərçivəsində çadrların qurulması və ilk yardım vərdişlərinin nümayişi olmuşdu. Bütün təqdimatlar və qrup işləri ingilis dilində keçirilirdi .
Bir günlük ekskursiya çərçivəsində iştirakçılar Gürcüstanın Vardziya və Rabati tarixi qalalarını səyahət edərək , onların tarixi haqqında ətraflı məlumat topladılar.
Yay məktəbi son günü bağlanış mərasimi keçirildi və Gürcüstan Qızıl Xaç Cəmiyyətinin təşkilatçıları , iştirakçılara xatirə hədiyyələri təqdim edildi. Bağlanış mərasiminin sonunda iştirakçılarla xatirə şəkilləri çəkildi .