21 sentyabr 2018-ci il tarixində “Azərikimya” İB-nin “Təmir-Tikinti” idarəsində obyekt mülki müdafiə məşqi keçirildi. Məşqin mövzusu “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” idi . Təlim məşqi zamanı şərti olaraq Sumqayıt şəhərində 6.5-6 bal gücündə zəlzələ nəticəsində “Təmir-Tikinti” idarəsində dağıntılar baş vermiş , dağıntılar altında qalanlar müşahidə olunmuş, ölən və yaralanlar qeydə alınmışdır. Bundan başqa “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda xlor çəninin dağılmasi nəticəsində zəhərlənənlər həmçinin su-nasos qurğuları sexində baş verən qəza nəticəsində ərazini su basmış , “Təmir-Tikinti”idaərəsinin ərazisində yerləşən 6000kv-lıq L-1 yarımstansiyasında elektrik qısaqapanması nəticəsində yanğın baş vermişdir .
Bu halda təlim məşqinə “Təmir-Tikinti” idarəsinin rəhbərliyi , FHK , MMQ , mülki müdafiə dəstələri və dəstlərə cəlb olunmayan işçilər həmçinin AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstələr”i , Kimyaçı Poliklinikasının təcili tibbi yardım dəstələri cəlb olunmuşdur.
“Təmir-Tikinti” idarəsində obyekt mülki müdafiə məşqinin keçirilməsinin əsas məqsədi , fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmazişləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının təkminləşdirilməsi , mülkü müdafiə dəstələrinin şəxsi heyətinə və işçilərə fövqəladə hadisələr gözlənilərkən və ya baş verərkən onların nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi idi .
Təlim məşqinin sonunda “Təmir-Tikinti” idarəsinin rəhbərliyi AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstələr”inə təşəkkürünü bildirmişdi.