24 sentyabr 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində “Uşaqlar bizim gələcəyimizdir” başlığı altında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan 4 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova 1967-ci ildən fəaliyyət göstərən məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunması, fəaliyyəti barədə məlumat verdikdən sonra valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Pirallahı rayon Az QAC -nin sədri Təranə İskəndərova isə çıxışında vurğuladı ki, ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri uşaqlara diqqət və qayğı göstərməkdir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən – valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.
”Ümummilli lider Heydər Əliyev uşaqların ən yaxın dostu və qayğıkeşi idi. Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqlara diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi sizlərin əlindədir. Bu gün Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi və YAP Pirallahı rayon təşkilatının əməkdaşları tanınmış incəsənət nümayəndələri ilə birgə sizin qonağınızdır. Sizə sağlam həyat, uğurlu təhsil arzu edirəm” – deyə Təranə İskəndərova çıxışının sonunda qeyd etdi.