Sumqayıt şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə “Ahıllar günü”nə həsr olunmuş tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllar, ağsaqqallar, müharibə və əmək veteranlar şurasının üzvləri dəvət almışdılar.Sumqayıt şəhər icra hakimiyyətinin müavini Teymur Səmədov şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırdı. Hər zaman şəhər ahıllarına diqqət və qayğı göstərildiyindən danışdı. Söz alan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova daima qeydiyyatlarında olan ahıllara Sumqayıt şəhər İcra hakimiyyətinin qayğısından danışaraq,bu gözəl günün təşkilatçısı,Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova bölməmiz və yaşlı insanlar adından dərin təşəkkür və minnətdarlığını bildirdi. Söz alan ahıllar şəhər rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Sonda AzQAC şəhər bölməsi tərəfindən hazırlanmış ərzaq baglamaları ahıllara təqdim olundu.Qeyd edək ki,ərzaq baglamalarının hazırlanmasında AzQAC Sumqayıt şəhər bölməsinin , Azərikimya İB-nin və Sumqayıt şəhərində yerləşən Ordubad Marketin də qatqısı olmuşdur.Əməkdaşlıga görə Azərikimya İB-nin və Ordubad marketin rəhbərliyinə təşəkkürümüzü bildiririk!