Hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları eyni adlı rayonun Çilov adası adlanan mekanında yaşayan ahılları yad etdilər.AzQAC_nin Pirallahı rayon bölməsinin sədri Təranə İsgəndərova bildiribki Milli Cəmiyyət öz humanitar missiyasına daima sadiq qalır. Cəmiyyətin nümayəndələri bunun bariz nümunəsi olaraq bu gün ahılların yanındadır.
Bu əlamətdar gün münasibətilə qeydiyyatda olan ahıllara humanitar yardımlar edildi. Yardım alan ahıllar daima onları diqqətdə saxlıyan AzQAC-nin nümayəndələrinə öz minnətdarlıqlarını bildirdilər.