Vərəm epidemiyası təhlükəsi bəşəriyyət üçün aktual olaraq qalır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-2035-ci illər üzrə Vərəmin ləğv edilməsi Strategiyasını qəbul etmişdir. Bu Strategiyanın əsasında, ölkələr, Azərbaycan da daxil olmaqla, ölkələrin tibbi, sosial, hüquq və digər inkişaf sahələrində bütün fəaliyyətlərin Vərəmlə mübarizənin gücləndirilməsinə yönəldilməsi tövsiyyə olunur. Məhz elə bunu əsas tutaraq, Azərbaycan Koalisiyası Vərəmlə mübarizədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə səfərlər təşkil edir. Növbəti səfər Tovuz rayonuna oldu. Rayon Vərəm xəstəxanasının həkim və tibb işçiləri, Mərkəzi xəstəxananın tibb heyəti, gənclər, uşaq bağçaları işçiləri, və rayon rəhbərliyinin nümayəndələrinin və müalicəsi davam etdirilən vərəm xəstələrinin də qatıldığı dəyirmi stol və ümumi prezentasiyada Vərəmin dünyada, Azərbaycanda və eləcə də Tovuz rayonunda Vərəmin bu günkü vəziyyəti, müalicə yolları, profilaktika və müalicəsi geniş müzakirə olundu. “Sağlamlığa Xidmət” İB, HAYAT İB, Vərəmsiz Gələcəyə Doğru İB və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsil olunduğu Azərbaycan Vərəm Koalisiyası Vərəmlə mübarizədə görülən işlərdən söhbət açaraq iştirakçıların çoxsaylı suallarına cavab verdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətini İctimai layihələr proqramında vərəm üzrə məsləhətçi psixoloq kimi Sona Haciyeva təmsil etdi. Görüşün əsas məqsədi TB REP layihələrinə müdaxilələr çərçivəsində 11 layihə ölkəsində səhiyyə islahatlarının inkişafı və ölkə kontekstli qəbul edilmiş xəstə yönümlü vərəm müalicəsi modellərinin istifadə edilməsi ilə vərəm yükünün azaldılması və davamlı vərəmin yayılmasının qarşısının alınmasında cavabdeh qurumların və əhalininmarifləndirilməsi idi. Cəmiyyətin əməkdaşı Sona Hacıyeva AzQAC -in rəhbərliyinin Tovuz ictimaiyyətinə salamlarını çatdıraraq,Cəmiyyətin Vərəmlə mübarizədə rolu və fəaliyyətləri, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyasının dünyada bu sahədə həyata keçirdiyi işlər barəsində məlumatlarla çıxış etdi və dövlət qurumlarının nümayəndələri tərəfindən (səhiyyə, ədliyyə nazirlikləri) göstərilən etimad və dəstəklə AzQAC-ın gələcəkdə vərəmlə mübarizədə yenidən və daha geniş proqramlarla iştirak etməsinə hazır olduğunu bildirdi.