24-28 sentyabr tarixlərində baş tutan bu tədbirə 45 ölkəni təmsil edən 220-dən çox qonaq qatılıb. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermək” adına , əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin vacibliyini nümayiş etdirmişlər.
Təbdirdə gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa-Avrasiya Hərəkatının prezidenti Devid Evanqelista, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver, Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev, millət vəkilləri və digər şəxslər iştirak ediblər..
Əqli məhdudiyyəti olan və olmayan 120 gənc liderin də iştirak etdiyi forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər, əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə, öz ölkələrində daha inkluziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlanmışdır.
Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər . Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Bu səy çərçivəsində 8500-dən artıq gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klublarında inkluziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq. Dörd günlük forum Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənmişdir.
Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver çıxışında qeyd edib ki, “Bu gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyətləri olan insan və ümumilikdə hamı üçün inkluzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirdilər. Onlar Bakıda müxtəlif layihələr vasitəsilə inkluziv dünyanın toxumlarını yaradacaq, evlərinə qayıtdıqdan sonra isə bütün dünyada bu toxumları əkəcəklər”.
Forumda həmçinin Xüsusi Olimpiya hərəkatında akkreditasiya olunmuş proqramları, məktəbləri, idman klublarını və yerli icmaları təmsil edən daha yaxşı nəsildən olan liderlər iştirak etmiş və gəncləri dəstəkləmişlər. Biznes qurumlarının, hökumətlərin, xidmət və beynəlxalq təşkilatların nümayəndələri və Xüsusi Olimpiya hərəkatının məqsədlərinə sadiq olan bir neçə tanınmış idmançı forumun işində vacib rol oynayaraq gənc liderləri ilhamlandırmışlar.
Xüsusi Olimpiya hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inkluziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.
Konfransın sonunda Azad Rəhimov və Devid Evangelista arasında Anlaşma Memorandumu imzalanıb.
Müvəqqəti işlər vəkili Ulyam Gil Xüsusi Olimpiya Qlobal Gənclər Liderlik Forumunun iştirakçılarını tədbirin ikinci günüdə öz iqamətgahında təşkil olunmuş axşam ziyafətinə dəvət edib. 45 beynəlxalq xüsusi olimpiya proqramlarının nümayəndələri idmanın əqli məhdudiyyətli insanlara öz potensialını istifadə etməkdə yardım etdiyini nümayiş etdiriblər.
4 gün davam edən bu tədbirdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvü kimi, Milli Cəmiyyətimizi AzQAC-ın İcra Katibi Ceyhun Mirzəyev və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nuranə Qasımzadə təmsil etmişlər.
Qeyd edək ki, Xüsusi Olimpiya Hərəkatı idman, səhiyyə, təhsil və liderlik proqramları vasitəsi ilə gündəlik dünyada diskriminasiya və intellekt çatışmamazlığı olan insanların şiddətə məruz qalmamaları üçün mübarizə aparan xüsusi proqramdır. 1968-ci ildə bünövrəsi qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan Vahid partnyorları var. Xüsusi Olimpiya Komitəsi 1 milyona yaxın məşqçi və könüllünün dəstəyi ilə il ərzində 32 idman növündə, 108 min yarışda və mübarizədə iştirak edib.
Qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.