4 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində , Azərbaycan Respublikasında Yardım Qəbul edən Ölkənin Dəstəyi (YQED) üzrə İşçi Qrupunun İlk iclası keçirildi. Şərq tərəfdaşlığı ölkələrində təbii və texnogen fəlakətlərin qarşısının alınması , hazırlıq və cavab tədbirləri (PPRD EAST 2 ) üzrə proqram həyata keçməyə başlayıb. İclasda Fövqəladə Hallar Nazirliyi , Dövlət Sərhəd Xidməti , Dövlət Gömrük Komitəsi , Səhiyyə Nazirliyi , Xarici İşlər Nazirliyi , Daxili İşlər Nazirliyi , Dövlət Miqrasiya Xiddməti , Dövlət Dəniz Agentliyi , Milli Məclis , Azərbaycan Hava Yolları QSC və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etmişdir. İclasın keçirilməsində məqsəd YQED üzrə ən son nailiyyətlərin təqdimatı , EU MOLDEX 2017 geniş miqyaslı sahə təliminin YQED üzrə təcrübəsinin paylaşılması , Azərbaycanda YQED konsepsiyasının hazırlanmasında və icrasındakı son fəaliyyətlərin icmalı və təhlili , Azərbaycan Respublikasında YQED üzrə hüquqi çərçivənin , eləcə də YQED sisteminin yaradılması və tətbiqi üçün planının hazırlanması olmuşdur. Bir neçə hissədən ibarət olan PPRD EAST 2 proqramının ilk iclasını , bacarıqların artırılması üzrə baş ekspert Antonin Petr və yerli koordinator Tərlan Arzumanov idarə edirdi. Onlar Azərbaycan Respublikasında YQED üzrə hüquqi çərçivənin yaradılması və nəticə etibarilə,YQED Standart Əməliyyat Prosedurlarının (YQED SƏP-ləri) hazırlanmasına dair müzakirələr,fəlakətlər zamanı qurumlararası koordinasiya ilə bağlı hökümət qərarlarının müzakirəsi keçirilimişdir.Müzakirədə iştirak edən dövlət qurumlarının nümayəndələri öz fikirlərini bildirmişdilər . Azərbaycanda YQED konsepsiyasının inkişaf etdirilməsi istiqamətində növbəti addımların atılması haqqında təkliflər verilmiş ,bu təkliflər müzakirəyə qoyulmuş və növbəti iclasda bu qərarların təhlil olunması və aiddiyati qurumlara təqdim olunması qərarına gəlinmişdir. YQED üzrə İşçi Qrupunun işgüzar və məhsuldar şəraitdə keçən İlk iclasının sonunda xatirə şəkili çəkilmişdir