Bu gün Danimarka Qızıl Xaç Cəmiyyətinin xoşməramlı səfiri Thorbjorn C. Pederson AzQAC-nin Baş İdarəsində qonaq oldu.Cənab Thorbjorn ücün ölkəmiz 158-ci ölkə idi ki,o milli cəmiyətlərin işi ilə tanış olmaq və QX və QA hərəkatı haqqında olduğu ölkələrə məlumat verməsi idi.Cənab Thorbjorn Milli Cəmiyyətin əməkdaşları ilə görüşdən məmnunluq hissi keçirdiyini bildirdi. Əməkdaşlar öz növbəsində gördükləri iş fəaliyyəti barəsində qısaca olaraq məlumat verildi.Daha sonra cənab Thorbjorn AzQAC_nin Sumqayıt şəhər bölməsində qonaq oldu.Qonağı AzQAC-ın İcraçı katibin müavini , İcraçı katibin müavini ,Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi İran ,Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova müşaiyət edirdilər. Sumqayıt şəhər bölməsinin kollektivi və könüllülərinin iştirakı ilə kecən görüşü giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova acaraq,qonaqları salamladı.Bölmə haqqında hazırlanmış slaydla bölmə könüllüsü Nicat Hüseynov cıxış edərək,görülən işlər barəsində ətraflı məlumat verdi.Təqdimat ingilis dilində kecirilirdiyi ücün danimarkalı qonaq könüllülər ilə daha asan həmsöhbət olaraq,onların fəaliyyəti ilə yaxından tanış oldu.Diskusiya xarakterli kecən görüşdə tərəflər bir-birləri ilə onları maraqlandıran sualları cavablandırdılar.Səmimi kecən görüşün sonunda xatirə şəkilləri cəkildi.