IMG_20181115_121116_HDR

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “Vertebra” Onurğa tibb mərkəzində

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “Vertebra” Onurğa tibb mərkəzində əməkdaşlıq görüşü keçirdilər. Görüş zamanı tibb mərkəzinin rəhbərliyinə və əməkdaşlarına AzQAC-ın tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında məlumat verildi.

“Vertebra” Onurğa tibb mərkəzinin rəhbəri Dr. İradə Hacıyeva AzQAC-ın humanitar sahədə gördüyü işlərdən xəbərdar olduğunu və görülən işlərin təqdirəlayiq olduğunu bildirdi. İradə xanım çıxışında Cəmiyyətin humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək olacağını söylədi. Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab  Novruz Aslanovun və kollektivinin adından Təşəkkürnaməni İradə Hüseynovaya təqdim etdi. AzQAC-ın Bindəqədi rayon bölməsinin sədri Afət Quliyeva  üzvlük vəsiqəsini tibb mərkəzinin rəhbərinə təqdim etdi. İradə Hüseynova Təşəkkürnaməyə və ona göstərilən diqqətə və qayğıya görə AzQAC-ın rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürlərini çatdırmağını söylədi.

Görüşdə AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, şöbə müdirinin müavini Xalid Xəlilov, Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva, “Vertebra” Onurğa tibb mərkəzinin rəhbəri Dr. İradə Hüseynova və tibb mərkəzinin həkim və işçi heyyəti iştirak edirdilər.

Sonda kollektiv xatirə şəkli çəkdirildi.IMG_20181115_120959_HDRIMG_20181115_120257_HDR IMG_20181115_120805_HDR IMG_20181115_121116_HDR

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.