Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “Vertebra” Onurğa tibb mərkəzində əməkdaşlıq görüşü keçirdilər. Görüş zamanı tibb mərkəzinin rəhbərliyinə və əməkdaşlarına AzQAC-ın tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında məlumat verildi.
“Vertebra” Onurğa tibb mərkəzinin rəhbəri Dr. İradə Hacıyeva AzQAC-ın humanitar sahədə gördüyü işlərdən xəbərdar olduğunu və görülən işlərin təqdirəlayiq olduğunu bildirdi. İradə xanım çıxışında Cəmiyyətin humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək olacağını söylədi. Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun və kollektivinin adından Təşəkkürnaməni İradə Hüseynovaya təqdim etdi. AzQAC-ın Bindəqədi rayon bölməsinin sədri Afət Quliyeva üzvlük vəsiqəsini tibb mərkəzinin rəhbərinə təqdim etdi. İradə Hüseynova Təşəkkürnaməyə və ona göstərilən diqqətə və qayğıya görə AzQAC-ın rəhbərliyinə və kollektivinə öz dərin təşəkkürlərini çatdırmağını söylədi.
Görüşdə AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, şöbə müdirinin müavini Xalid Xəlilov, Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva, “Vertebra” Onurğa tibb mərkəzinin rəhbəri Dr. İradə Hüseynova və tibb mərkəzinin həkim və işçi heyyəti iştirak edirdilər.
Sonda kollektiv xatirə şəkli çəkdirildi.