2015-ci il 1-7 avqust tarixində dünyada ana südü ilə qidalanma həftəsi nin 170 ölkədə ana südü ilə qidalanmanı dəstəklənməsi və uşaqların sağlamlığını yaxşılaşdırmasını məqsədi ilə qeyd olunur. Bu günün qeyd olunması, ana südü ilə qidalanmanın dəstəklənmə və həvəsləndirməyə dair məsələlərini əks etdirən 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNİCEF arasında imzalanmış İnnoçenti deklarasiyasına əsasən qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünyada ana südü ilə qidalanma 38%, UNİCEF-in verdiyi məlumata görə isə Azərbaycanda 12% təşkil edir.Bununla bağlı ÜST 2025 ilə dək bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələriana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.
AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində avqust ayının 1-də start verilən “Ümumdünya ana südü ilə qidalanma həftəsi” yerli bölmələrinin iştirakı və təşkilatçılığı ilə davam edilmişdir.
Belə ki, 2015-ci il 4 avqust tarixində Qaradağ rayonun İcra Hakimiyyətinin dəstəyi ilə 4 saylı doğum evində, 5 avqust- Abşeron Rayon Bölməsində,6 avqust – Sumqayıt Səhiyyə İdarəsinin dəstəyi ilə 2 saylıdoğum evindəvə 7 avqust – Nərimanov rayonu 2 saylı qadın məsləhətxanasında 150-dən artıq hamilə qadın və analarla görüşlər təşkil olunmuşdur.Qeyd edilən müəssisələrdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova “Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə və eləcə də ana südü ilə qidalanmanın əhəmiyyətli, olduğu, uşağın fiziki və psixi inkişafına, eləcə də qadın sağlamlığına müsbət təsirləri barədə geniş məlumatlar təqdim etmişdir. O, tədbirlərdə ana südü ilə qidalanmaya aid əyani vəsaitlərdən istifadə edərək, qadınları ÜST –ın bu məsələ ilə bağlı tövsiyyələrə riayət etməyə çağırmışdır.