2015-ci il1-7 avqust tarixində dünyada ana südü ilə qidalanma həftəsi 170 ölkədə ana südü ilə qidalanmanı dəstəkləmək və uşaqların sağlamlığını yaxşılaşdırmaq məqsədini daşıyır. Bugünün qeydolunması, anasüdü ilə qidalanmanın dəstəklənmə və həvəsləndirməyə dair məsələlərini əks etdirən1990-cı ildə Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) və UNİCEF arasında imzalanmış İnnoçenti deklarasiyasına əsasən qeyd olunur.ÜmumdünyaSəhiyyəTəşkilat ıdünyada anasüdü ilə qidalanmanın 38% təşkil etdiyini qeyd edərək,2025 ilədək bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub. Bunun üçün bütün ölkələrianasüdüiləqidalanmanındəstəklənməsi, səhiyyəmaarifiişinintəşkilolunmasınaçağırır.
Ana südü uşaq üçün vacib olan qida maddələrini təqdim edən və onun sağlam böyüməsi üçün ən yaxşı vasitədir. ÜST 6 aya qədər tək ana südü ilə qidalanmanı və sonradan (uşağın iki yaşına qədər) əlavə qida ilə onu davam etdirilməsini tövsiyyə edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, Regional Mərkəzləri və Yerli Bölmələr vasitəsilə yerli tibb müəssisələrlə əməkdaşlıq çərçivəsində, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair geniş səhiyyə maarifi işini təşkil edir.
Belə ki, 1 avqust tarixində AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə start verildi. Bu həftə ərzində Bakı (Yyasamal, Suraxanı, Nizami, Binəqədi rayon) Sumqayıt, Xırdalan şəhərlərdə yerləşən qadın məsləhətxanaları və doğum evlərində qadınlar arasında ana südü ilə qidalanmaya həsr edilən təbliğat yönümlü görüşlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, yasamal rayonunda yerləşənAz.Respublikası Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının doğum şöbəsində (1avqust ), Suraxanı rayonda yerləşən 3 saylı qadın məsləhətxanasında(3 avqust) hamilə qadın və analarla görüşlər təşkil olunmuşdur. Hər iki görüşdə 50-dən artıq qadın iştirak etmişdir.AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova “Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə aid plakat və əyani vəsaitlərdən istifadə edərək, qadınlarageniş məlumatlar çatdırmış, onları ÜST –ın bununla bağlı tövsiyyələrə riayət etməyə çağırmışdır.Görüşdə AzQAC rayon Bölmələrinin işçi heyyəti ilə yanaşı tibb müəssisələrinin həkim və tibb bacıları da iştirak etmişlər. Görüşün sonunda qadınların qidalanması və ana südü ilə bağlı müxtəlif informasiya vərəqələri paylanılmışdır.