«Azərikimya» İstehsalat Birliyinin kollektivi 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə Şəhərimizdə fəaliyyət göstərən Respublika Əlil Qadınlar Cəmiyyəti Sumqayıt regional şöbəsinin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin üzvləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup fiziki qüsurlu insanlarla görüşdü.
Kimyaçılar əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanılmış, onların arzu və istəkləri dinlənildi.