manset

1 dekabr AİDS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi “1 dekabr AİDS-lə mübarizə günü”,  “5 dekabr Beynəlxalq  Könüllülər  Günü” ilə əlaqədar  müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də  QİÇS  xəstəliyindən dünyasını dəyişən insanların xatirəsinə hər birimiz bir gül əkərək  “Yaşıllığa daha yaxın” olaq mövzusunda idi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı, Park bulvar ticarət mərkəzinin Zirə gülçülük kompleksinin  dəstəyi  ilə həyata  keçirilmişdir.

Tədbirdə ticarət mərkəzinə gələn valideyinlərin uşaqları, uşaq evinin  uşaqları və məktəblilər iştirak edirdilər. İlk öncə Zirə gülçülük kompleksinin əməkdaşları tərəfindən   uşaqlara güllər haqqında məlumat verilmiş, daha sonra gül qablarına uşaqlar tərəfindən güllər əkilmiş və əkdikləri  güllər uşaqların özlərinə hədiyyə edilmişdir.

Tədbir  1 dekabr 2018 –ci il tarixində  Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində  həyata keçirilmişdir.IMG_1905 IMG_1907 IMG_1910 IMG_1916 IMG_1925 IMG_1929 IMG_1943 IMG_1955 IMG_1960 IMG_1967 IMG_1971 IMG_1992 IMG_2004

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.