3

Azərbaycan Vərəmlə mübarizə Koalisiyanın fəaliyyəti davam etməkdədir

2011ci ildə yaradılan Azərbaycan Vərəmlə mübarizə Koalisiya mütəmadi olaraq vərəm xəstəliyinin qarşısının alınması məqsədilə   ölkədə əhalinin maarifləndirilməsi, vərəmli xəstələrə psixo-sosial dəstəyin təmin edilməsi, qurumlarla əməkdaşlığın  qurulması sahələrdə öz fəaliyyətlərini davam etməkdədir. Belə ki, noyabr ayının 26-da Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Tibb İdarəsinin nəzdində Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Təlim Mərkəzində Azərbaycan Vərəmlə mübarizə Koalisiyanın növbəti media nümayyəndələrinin maarifləndirilməsinə dair tədbiri keçirildi. Tədbirdə Koalisiya üzvləri olan müxtəlif qurumların və QHT-ın nümayyəndələrin vərəm sahəsində həyata keçirdiyi fəaliyyətlər, rastlaşan problemlərlə bağlı  təqdimatlarla çıxış etdilər. Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlər xüsusi nümayiş edildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova  Beynəlxalq Qızıl XaçQızıl Aypara Cəmiyyətləri Federasiyanın, Milli Cəmiyyətlərin dünyada vərəmlə mübarizə sahəsində ölkələrinə dəstək olub, gördüyü işlər haqqında iştirakçılara təqdimatla çıxış etdi. Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin digər nümayyəndəsi, miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb, vərəm sahəsində uğurlu təcrübəsi barədə məlumatları çatdırdı. Tədbirdə AzQAC-in Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov iştirak etmişdir.   Sonda tədbir iştirakçılarına Koalisiya üzvləri tərəfindən hazırladığı vərəmli xəstələrin hekayələrindən ibarət  “Qorxma, vərəm yeniləndir” adlı kitabça paylanıldı.2 4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.