1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi qəbul olunub və həmin tarixdən bu günə qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasından ibarətdir.
Belə ki, 5 dekabr 2018 –ci il tarixində Könüllülər günü ilə əlaqədar ənənəvi olaraq Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Diplomatiya Akademiyası,,, Birləşmiş Mıllətlər Təşkilatı(BMT) Azərbaycandakı nümayəndəliyi, Asan xidmət, və Coca-Cola şirkətinin birgə əməkdaşlığı nəticəsində Diplomatiya Akademiyasında konfrans kecirilmişdir.
Konfransda Hökumət , qeyri- hökumət və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların Səfirləri iştirak etmişlər. Konfrans bir necə hissədən ibarət olmuşdur:
– Konfrans iştirakcılarının rəsmi cıxışları, təşkilatların könüllülərlə bağlı fəaliyyətləri haqqında təqdimatlar, panel iclaslar və müzakirələr, sərgiyə baxıs .
Konfransa hazırlıq zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən könüllülər arasında ən yaxşı hekayə, ən yaxşı video, ən yaxşı foto şəkil adlı müsabiqə kecirilmışdir, həmin müsabiqədə Qızıl Aypara Cəmiyyətinin könüllüləridə iştirak etmişlər. Hekayə müsabiqəsində qalib gələnlərdən biri də könüllümüz Mətanət Qaraxanova olmuşdur.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini- Gənclər və Könüllülər söbəsinin müdiri Xalidə İsgəndərova , İcraçı Katibinin müavini – Sağlamlıq və qayğı şöbəsinin müdiri Səbinə Məhbubi- İran və Fövqəladə Hallar şöbəsinin müdiri Elşən Səlimzadə iştirak etmişlər.