Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun, Beynəlxalq Qızıl Xaç Komitəsinın (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera, BQXK-nin Əməkdaşlıq üzrə şəxsi cənab Əziz Syed, AzQAC Baş Katibi Ceyhun Mirzəyevin və AzQAC İcraçı Katibinin müavini/BQX/QAC Federasiyasının əlaqələndirici nümayəndəsi Səbinə Məhbubi İranın iştirakı ilə Hərəkat daxili Əməkdaşlıq Sazişi çərçivəsində üçtərəfli görüş keçirildi.
Görüş zamanı ölkədə və regionda mövcud vəziyyət nəzərdən keçirildi və son iclasdan indiyə qədər əldə olunan nailiyyətlər və irəliləyişlər haqqında geniş fikir mübadiləsi aparıldı.
Çıxış zamanı AzQAC-ın prezidenti BQXK-nın Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya qurulmuş işgüzar münasibətlər və əməkdaşlığdan və həmçinin göstərilən dəstəkdən məmnun olduğunu ifadə etmiş və bu əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə dair arzusunu bildirmişdir.
Daha sonra görüşdə üçtərəfli əməkdaşlıq çərçivəsində 2018-ci ildə əldə olunmuş nailiyyətləri rəhbər tutaraq, fəaliyyət istiqmətlərinin 2019-ci ildə daha da genişləndiriməsi və bir sıra mühüm məsələlər haqqında müzakirələr aparılmışdır. Misal olaraq, 2019-cu ildə BQXK-nın, BQX/QAC Federasiyasının dəstəyi ilə növbəti ildə Fövqəladə hallara Hazırlıq Planının, Təhlükəsizlik Çərçivəsinin tərtib olmaları prosesin davam olunması, AzQAC-ın Naxçıvan MR-da həm işçilər həm də icmalarda ilk yardım təlimlərinin keçirilməsi müzakirə edilmişdir.
Sonda 2019-cu il üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BQXK-nin Azərbaycan Nümayəndəliyi arasında Tərəfdaşlıq sazişinin imzalanması mərasimi keçirildi.