Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 14 dekabr 2018-ci il tarixində Bərdə rayonununda yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminar keçirilmişdir. Seminarın məqsədi AzQAC-ın Gəncə RM-ə daxil olan rayon bölmələrinin sədrlərinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) məqsədi, fəaliyyətləri, fundamental prinsiplərin yaranma tarixi və Milli Cəmiyyətin informasiya-kommunikasiya və sosial media sahəsində məlumatlarının bölgüsü olmuşdur. Sədrlərin bu sahədəki biliklərinin artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında təkmilləşdirilmiş formada yayım işini apara bilsinlər.
Seminarda AzQAC-ın Gəncə RM-ə daxil olan 10 rayonun bölmə sədrləri, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, şöbənin müdir müavini Xalid Xəlilov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Amil Həsənov iştirak etmişdilər.
AzQAC-ın əməkdaşları çıxışları zamanı öz rayon bölmələrində gördükləri işləri bir-biriləri ilə bölüşmüşdülər. Həmçinin, BQXK-nın əməkdaşları da onlara bu sahədə əldə etdikləri təcrübələrdən və ediləcək işlərin hansı istiqamətdə edildiyi təqdirdə daha da effektli olacağından bəhs etmişdilər. Daha sonra bu sahədə müzakirələr aparılmış, təkliflər dinlənilmiş və tövsiyyələr verilmişdir.