mekteb

24 mart – Dünya Vərəmlə Mübarizə Günüdür

Bu münasibətlə Ölkəmizdə Azərbaycan Vərəm üzrə QHT Koalisiyası Silsilə Tədbirlər həyata keçirir.
Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.

15 Mart 2019-cu il tarixində Ramana qəsəbəsində yerləşən Qubadlı rayon məcburi köçkün məktəbində Ümumdünya Vərəmlə mübarizə günü ilə əlaqədar maarifləndirmə tədbiri keçirildi. Tədbirin məqsədi vərəmə qarşı əsas risk qruplarından biri sayılan qaçqın və məcburi köçkün məktəblilər arasında bu xəstəliklə bağlı maarifləndirmə və məlumatlandırma sessiyası keçirmək idi.

Tədbirdə koalisiyanın üzvü Azərbaycan Qızıl Aypara Cəmiyyətini Miqrasiya şöbəsinin və icmada Sağlamlıq layihələrinin tibbi əməkdaşı Sona Hacıyeva təmsil edirdi. Sona Hacıyeva Aypara cəmiyyətinin ümumi və Vərəmlə Mübarizə işindəki fəaliyyətlərindən geniş məlumat verdi.

Tədbir zamanı Koalisiya üzvləri müxtəlif mövzularda çıxışlar edərək, məktəblilərə vərəm, onun  yayılma yolları, profilaktik tədbirlər, vərəmin əlamətləri, diaqnostikası və müalicəsi haqqında geniş məlumat verdilər.

Məktəblilər tədbirə böyük maraq göstərmiş və interaktiv sual-cavabda fəal iştirak etmiş və yazı ləvazimatları ilə mükafatlandırılmışlar.  mekteb4 mekteb3

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.