3

12-Beynəlxalq Tibb Bacısı günü qeyd edildi

Hər il olduğu kimi, 12 May Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd edilir. 1912-ci ildən təsis edilən bu tarixi gün  100 ildir ki, dünyada təntənəli qeyd edilir. İlk təltif olunma mərasimi 1920-ci ildə baş tutmuşdur. Hər iki ildən bir Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən “12 May – Beynəlxalq Tibb Bacısı Günü”nündə dünyada münaqişə və müharibə, eləcə də, dinc şəraitdə göstərdikləri fədakar xidmətlərinə görə 30 nəfərdən artıq  tibb bacısı yüksək mükafat olan  “Florence Nightingale” medalı ilə təltif edilir. 1920-ci ildən bugünədək dünya üzrə 1440 nəfər adı çəkilən medalla təltif olunmuşdur.

Belə ki, may ayının 13-də 2saylı Baza Tibb Məktəbində “12 Mmay Beynəlxalq Tibb Bacısı ” ilə bağlı tədbir təşkil olunmuşdur. Tədbirdə dünyada  tibb bacısı ixtisasının banisi olan  Florens Naytingeyl və ümumilikdə tibb bacısı hərəkatının inkişafında böyük  və əhəmiyyətli rol oynayan şəxsiyyətlər barədə 2 saylı Baza Tibb Kollecinin Terapiya Fənn Birləşməsinin sədri  Nəbiyeva Təravət geniş təqdimatla çıxış etdi. Azərbaycanda ilk tibb bacısı məktəbinin yaradıcısı olan Nigar Şıxlinskaya barədə maraqlı məlumatlar çatdırıldı. Bununla yanaşı  natiq öz çıxışında xüsusi yer almış,  Beynəlxalq Qızıl Xaç Komitəsinin yüksək mükafatı  olan “Florence Nightingale” Medalı ilə dünya üzrə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 11 şəfqət bacısı, 1 tibb qardaşının olması barədə qeyd etdi. Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva tədbir iştirakçılarını salamlayaraq, onları tibb bacısı günü münasibətilə təbrik etdi, seçdikləri peşənin məsuliyyətli olmaqla yanaşı, mərhəmətli olmağı tələb edən bir peşə olduğunu və ixtisaslı kadrlara böyük ehtiyacın olmasını öz çıxışında qeyd etdi.

Tədbirdə iştirak edən “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova çıxış etdi.  O,  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı” çərçivəsində patronaj tibb bacısı xidmətin zavallı insanlara qayğı və dəstək olması baxımıından prioritet sahə olduğunu xüsusi qeyd etdi. AzQAC-in tibb bacıları və tibb qardaşın “Florence Nightingale” Medalı ilə dünya üzrə təltif olunmasının  isə təkçə  Cəmiyyətin deyil, bütövlükdə, Azərbaycan xalqının tarixində ən parlaq səhifələri təşkil edlməsini vurğuladı.1 2 4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.