foto (15)

14 İyun Beynəlxalq Qan Donoru Günü Sumqayıtda qanvermə aksiyası ilə qeyd olundu

Sumqayıt Texnologiyalar Parkının (STP) inzibati binasında yerləşən Tibb Məntəqəsində 14 iyun – Beynəlxalq Qan Donor Günü münasibətilə qanvermə aksiyası keçirilib. Aksiya Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən təşkil edilib.

Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə keçirilən bu aksiyada müəssisənin əməkdaşları iştirak edib. Əvvəlcə Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan ümumi qan analizi götürülərək sağlamlıq durumu yoxlanılıb, donor kimi aksiyada iştirakı müəyyənləşdirilib.

Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən aksiyada 200-dən artıq STP əməkdaşı iştirak edib. Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllüləri donorlara şirniyyat süfrəsi acmış və onlara qulluq göstərmişdilər.63700533_2147756308856014_4239807915780734976_n62536016_298539574359904_7217600044512313344_n foto (2) foto (13) foto (15) foto (31) foto (63) foto (67) foto (87)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.