Azərbaycan Qızıl Aypara Cəmiyyəti daim öz humanitar yönümlü fəaliyyətlərini bir çox təşkilatlarla əməkdaşlıq edərək, Region Mərkəzlər və Rayon Bölmələri vasitəsi ilə, ölkədə geniş şəkildə həyata keçirir.
Belə ki, “Humanizmin bələdcisi olaq!” şüarı altında Vərəm əleyhinə Azərbaycan koalisiyasının üzvləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Sağlamlığa Xidmət” İB (SXİB) və Az.Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatrik xəstəxanasının əməkdaşları və reabilitasiya şöbəsindən olan xəstələr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun xəstəxanasında vərəmə görə müalicə alan xəstələrlə görüş keçirdi və konsert proqramı, əyləncəvi teatr tamaşaları ilə onları sevindirərək bir anlıq da olsa onlara xəstəliklərini unutdurmağa çalışdı.
Tədbir Ümumdünya Humanitar Yardım günü münasibətilə humanist və xeyirxah bir addım olaraq təşkil olunmuşdu.
Bizlər, bir vətəndaş cəmiyyəti üzvləri kimi xəstəliklərdən, xusisilə vərəm xəstəliyindən əziyyət çəkən insanların yanında daim olmağa çalışır, onların könlünü açmaq və müalicələrini daha yüksək əhval-ruhiyyədə almalarına dəstək olmağa çalışırıq.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Səhiyyə proqramının əməkdaşları xanım Mətanət Qaraxanova, xanım Sona Hacıyeva, AzQAC-nin Sabunçu bölməsinin sədri xanım Elmira Məlikova, Sağlamlığa Xidmət İB-nin sədri Elçin Muxtarli və SXİB-nin digər əməkdaşları iştirak etdilər. Xəstələrin və tibb işçilərinin könlünü oxşayan gözəl musiqi nömrələri, xəstələrin özləri tərəfindən hazırlanmış teatr tamaşaları və rəqslərlə yanaşı vərəm xəstəliyinə dair müxtəlif maarifləndirici plokatlar və proyektor vasitəsilə yayımlanan vacib məlumatlar insanlara çatdırıldı. Tədbirin sonunda xəstə uşaqların valideynləri, tibb işçiləri və digər tamaşaçılar öz ürək sözlərini, xahiş və təkliflərini tədbirin təşkilatçılarına bildirdilər. İki azyaşlı uşaqları ilə tədbirdə iştirak edən bir ana, öz ürək sözlərini belə ifadə etdi: “Mən, vərəm xəstəliyinə tutulmuş iki körpə balamla 9 aydan çox bu xəstəxanada qalırıq. Bu gün uşaqlarımın üzü güldü, çox şənləndilər. Arzu edirəm bu cür tədbirlər tez-tez keçirilsin! Tədbiri təşkil edənlərə minnətdarıq”
Qey etmək lazımdır ki, AzQAC-in daimi partnyoru olan Az.Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatrik xəstəxanasının reabilitasiya şöbəsindən olan xəstələr tədbirdə rəqs və pantomima nömrələrini böyük məharətlə ifası, bu kimi şəxslərin cəmiyyətə inteqrasiya olunması və onların da hörmət və qayğıya ehtiyac duymasını göstərdi. Bizimdə onlara bu tədbirdə iştirak etmək üçün imkan yaraddığımız elə böyük humanizmi nümayiş edir.
Sağlamlığa Xidmət İB, AzQAC və digər koalisiya üzvləri olan QHT-lərlə birgə analoji tədbirləri davam etdirməyi planlaşdırır. Əyləncəvi yolla xəstəliklər barədə insanların maarifləndirilməsi daha effektli, faydalı və yaddaqalan üslub olduğundan Vərəm əleyhinə Azərbaycan Koalisiyası olaraq bu səpkidə keçirilən tədbirlərin sayını artırmalıyıq