Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayonunda həyata keçirdiyi layıhələr çərçivəsində oktyabrın 7-də Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas Tərtər rayonda olmuş və Tərtər rayon İcra Hakimiyyətində çox səmimi qarşılanmışdır.
Tərtər rayonu Səhlabad kəndində Litva səfirliyinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançasının açılış mərasimini keçirmiş rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açılış nitgində tədbirin əhəmiyyətindən söz açaraq belə meydançaların inşasının daha da geniş hal alacağına ümidvar olduğunu bildirmişdir. Litva Respublikasının Azərbaycandakı səfiri cənab Egidijus Navikas çıxış edərək rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçrilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirərək əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev çıxışında görüş iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdıraraq Ölkəmizdə fəaliyyət göstərən Litva səfirliyinin son üç ildə aparılan humanitar fəaliyyətləri dəstəkləməsini xüsusi vurğulamışdır.
Səhlabad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançasının açılış Mərasimində rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov, Litva Respublikasının Azərbaycandakı səfiri Cənab Egidijus Navikas, səfirin köməkçisi Dalija İgnatavisiute, AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev, layihənin koordinatoru Məmməd Kətanov,Tərtər rayon AzQAC-nin bölməsinin sədri Etibar Heydərov, kənd icma rəhbərləri, kənd məktəb direktoru, müəllim və şagird kollektivləri, və ən əsas iştirak etmişlər. Açılış mərasimində uşaqlar öz sevinclərini açıq büruzə verərək onlar üçün inşa edilmiş bu gözəl meydançanın qurğularından istifadə etdilər . Bu simvolik açılış mərasimində çıxış edən rayon rəhbərliyindən olan rəsmilər və kənd icma üzvləri belə əhəmiyyətli layihə üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və bu layihədə ona dəstək vermiş Litva Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkür etmişlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində belə gözəl humanitar layihəyə dəstək olduqlarına görə Litva Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkür edir və bu əməkdaşlığın uğurlu və davamlı olacağına inamını bildirmişdir.