IMG_1123

Qadınlara psixi sağlamlıqla bağlı seminar keçirildi

Masazır qəsəbəsində yerləşən Sosial Məzun evində ABŞ-n Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə ”İnternat Məzunu qadınlara dəstək” layihəsi  çərçivəsində fəaliyyətlər davam edilir. Layihə çərçivəsində 26 oktyabr tarixində qadınlar  üçün növbəti psixoloji seminar təşkil olundu. Seminarı keçirən təlimçi AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova “Stressin idarə olunması” mövzusunda qadınların biliklərini artıraraq, onlara stressin nə olduğunu, əlamətlərini, növlərini, yaradan səbəbləri barədə geniş təqdimat etdi. Bununla yanaşı o,  iştirakçılar  arasında stressə meyillilik sorğusu da  aparıldı. Sorğunun nəticəsinə müvafiq olaraq, təlimçi iştirakçılarla fərdi şəkildə söhbət etdi, stressin necə idarə edəbiləcəkləri ilə bağlı onlara tövsiyyələr verdi. Təlim ərzində iştirakçılar öz fikirlərini və problemlərini paylaşaraq,  təlimçinin tövsiyyələrinə əsasən, psixoloji vəziyyətin idarə edilməsi və uşaqlığın mənfi təcrübəsinin necə aradan qaldırılması barədə biliklərə yiyələndilər. Daha sonra iştirakçılar ruh yüksəldici tapşırıqları birgə edib,  stresslərini “atdılar”.   IMG_1123IMG_1137IMG_1122

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.