IMG_6123

Nümayəndələr Şurasının iclasında Novruz Aslanovun Qətnamələrlə bağlı çıxışları

Nümayəndələr Şurasının gedişatı zamanı AzQAC nümayəndə heyətinin rəhbəri Novruz Aslanov çıxış edərək sözügedən qərarın qəbul olunmasının vacibliyini qeyd etdi. Çıxışı zamanı Qarabağ konflikti nəticəsində 4500 insanın itkin düşmüş,  həmçinin 25000 insanın öz yaxınları haqqında heç bir məlumatın olmamasının humanitar fəlakət adlandırdı. Həmçinin çıxışında BQXK ilə bu istiqamətdə AzQAC ilə yüksək səviyyədə birgə fəaliyyətin uğurla aparılmasını qeyd etmişdir.

Gündəlikdə olan digər bir vacib məsələ də AzQAC nümayəndə heyətinin rəhbərinin diqqətindən kənarda qalmamışdır. Belə ki Novruz Aslanov çıxış edərək “qaçqın” sözünün “qaçqın və məcburi köçkün” sözləri ilə əlavə edilməsi və həmin qrupa aid olan insanların şərəf və ləyaqətlərinin qorunması ilə bağlı öhdəliklərin yerinə yetirliməsinin vacib olduğunu qeyd etmişdir. Həm də onların öz doğma yurdlarına qayıtmaq haqqlarına sahib olmalarının prioritet məsələ olmasını bütün iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Eyni zamanda Türk Qızıl Aynın illər boyunca Suriyadan konflikt nəticəsində Türkiyəyə sığınan  qaçqın ordusuna göstərilən qayğı və diqqəti humanitar qəhramanlıq adlandırdı.

Digər bir məsələ də Hərəkat daxili əlaqələndirmə və əməkdaşlığın gücləndirilməsi mövzusu idi. Bu mövuda Sevilya razılaşmasının yenidən baxılması məsələsi qaldırılmışdır. Novruz Aslanov Hərəkatın hər üç tərkib hissəsinin bu mövzuya birgə müzakirə edilməsinə və qərar qəbul edilməsininin vacibliyini qeyd etmişdir. Novruz Aslanov, çıxışında qeyd etmişdir: “Ümid edirik ki, ölkədə Beynəlxalq federasiyanın ofisinin açılmasına nail olacağıq, ancaq qeyd etmək lazımdır ki, Federasiya olmadığı zaman BQXK Qızıl Aypara Cəmiyyətinin potensialının artırılması fəaliyyətlərini dəstəkləyir.”

Cenevrə şəhərində baş tutan Nümayəndələr Şurasının görüşündə AzQAC-ın İcraçı Katibi – Ceyhun Mirzəyev də çıxış edərək “Milli Cəmiyyətin nizamnamə və konstitusiya bazasının gücləndirilməsinə və Könüllülük Nizamnaməsi kimi tamamlayıcı Hərəkatın yanaşması” adlı qətnaməyə öz fikrini bildirmiş və bu qətnamənin qəbulunu dəstəkləmişdir.

IMG_6067 IMG_6083 IMG_6092 IMG_6109 IMG_6123 IMG_6124

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.