Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 30 nəfər daha ehtiyaclı ahıla qurban payı verildi. Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyirxah insana minnətdarlığını bildirdilər.Ahıllar da öz növbələrində onlara göstərilən bu diqqət ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!