AzQAC ölkədə səhiyyə maarifi işində yardımçı rolu oynayır. Xüsusən Cəmiyyətin bütün işçi və könüllüləri bu dövrdə COVİD-19 pandemiyasında əhali arasında maarifləndirmə fəaliyyətlərinəcəlb olunaraq fəal iştirak edirlər. Belə ki, COVİD-19 pandemiyasılə bağlı AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən əhali arasında maarifləndirici məlumatları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı vərəqələr paylanılır.