Pirallahı Rayon İcra Hakimiyyəti və AzQAC – nin Pirallahı rayon bölməsi ilə birgə təşkilatçılığı tərəfindən karantin rejimi dövründə 200-dən artıq aztəminatlı ailəyə ərzaq və digər yardımlar göstərilib. Rayon İcra Hakimiyyəti, aidiyyəti xeyriyyə təşkilatları və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən humanitar aksiyaların növbəti günlərdə də keçirilməsi nəzərdə tutulmuşdur.Xalqımızın sağlamlığı naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələri rayon ictimaiyyəti dəstəkləyir və onlara ciddi əməl edir.