Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar xüsusi rejimli karantin dövründə tətbiq olunan məhdudiyyətləri nəzərə alan AzQAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova , Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alıb aprelin 13-də aztəminatlı , 65-dən yuxarı olan ahıllara yardım etdi. Sakinlərlə görüşdə koronavirusla (COVİD-19) bağlı dövlətin həyata keçirdiyi tədbirlərdən, “Evdə Qal” tövsiyəsinin mahiyyətindən söhbət açıb və bu bəlaya birlikdə qalib gələcəyimizə əminliyini bildirib.