Dünyanın qorxulu bəlasına çevrilən COVID-19-la mübarizə çərçivəsində ümumi tədbirlər davam etdirilir. Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da pandemiyanın təsirlərindən zərər görən həssas təbəqələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlətlə yanaşı, özəl bizneslərdə öz töhfəsini verməkdədir.
Belə ki, “ Azertexnolayn” MMC 17.04.2020 tarixindən başlanılmaqla Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhərin bölməsinin qeydiyyatında olan 100 həssas yaş qrupuna və qayğıya ehtiyacı olan ahıla və ehtiyaclı ailələrə humanitar yardım edildi. Yardımların paylanılmasında bölmənin könüllüləri həmişə olduğu kimi aktivlik göstərdilər.
Ərzaq bağlamalarını alan ahıllar,ehtiyaclı ailələr təşkilat rəhbərliyinə, onlara çatdıran bölmə könüllülərinə öz minnətdarlıqlarını bildirdilər.