AzQAC-nin Tərtər rayon bölməsi və Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin dəstəyilə Tərtər rayonunda yaşayan yaşı 65-dən yuxarı tənha kimsəsiz ahıl həmçinində aztəminatlı ailələrə ərzaq yardımları verildi. Yardımların paylanılmasında bölmənin könüllüləri həmişə olduğu kimi aktivlik göstərdilər. Ərzaq bağlamalarını alan ahıllar,ehtiyaclı ailələr təşkilat rəhbərliyinə, onlara çatdıran bölmə könüllülərinə öz minnətdarlıqlarını bildirdilər.