Covid-19 pandemiyası ilə bağlı karantin dövrü qanvermə aksiyaları səngidiyi ücün qan bankında qan ehtiyatı azaldığından talassimiyadan və hemofiliyadan əziyyət cəkən uşaqlar ücün qan problemi yaranmışdı.Respublikanın Vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətindən sonra ayrı-ayrı təşkilatlar,dövlət qurumları,fərdi şəxslər könüllü olaraq,qanvermə aksiyalarına qoşularaq,bu qəbildən olan uşaqlara dəstək olmuşdular.Biz ayparacılar da hər il olduğu kimi bu il də bu aksiyaya qatılaraq,könüllü qan bağışında iştirak etdik.Qanvermə aksiyası Təcili Tibbi Yardım xəstəxanasınn Mərkəzi Qan bankının Sumqayıt bölməsinin əməkdaşları tərəfindən həyata keçirildi.Bölmə əməkdaşları ilə birgə könüllülər də bu aksiyaya qatıldılar. Sağlamlığı imkan verən bütün insanları bu aksiyaya qoşulmağa səsləyirik!