Beynəlxalq Qızıl Xac Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Covid-19 mübarizədə “Biz biirlikdə güclüyük” kampaniyası cərcivəsində respublikanın digər bölgələri ilə yanaşı AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha ahıllara, çoxuşaqlı ehtiyaclı ailələrə ərzaq bağlamaları və gigienik dəstlər paylanıldı.Bu kampaniya cərcivəsində hazırlanmış “Covid-19 yayılması zamanı stress vəziyyətinin öhdəsindən necə gəlməli” və “Xəstələnməkdən və yoluxmadan özünüzü və digərlərini qoruyun” başlıqlı bukletləri də həm yardım alan və digər əhaliyə də paylanılmışdı.Hər zaman olduğu kimi bölmə könüllüləri bu aksiyada da öz fəalliqlarını göstərmiş,yardımların və maarifləndirici materialların paylanılmasında aktiv iştirak etmişdilər.