Beynəlxalq Qızıl Xac QızılAypara Cəmiyyətləri Federasiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Covid-19 mübarizədə “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində Respublikanın digər bölgələri ilə yanaşı AzQAC Tərtər rayon bölməsinin qeydiyyatında olan tənha ahıllara və azatəminatlı ailələrə ərzaq bağlamaları və gigiyenik dəstlər paylanıldı. Bu kampaniya çərçivəsində hazırlanmış olan “Covid-19 yayılması zamanı stress vəziyyətinin öhdəsindən necə gəlməli” və “Xəstələnməkdən və yoluxmadan özünüzü və digərlərini qoruyun” başlıqlı bukletləri də həm yardım alan və digər əhaliyə də paylanılmışdı.Hər zaman olduğu kimi bölmə könüllüləri bu aksiyada da öz fəallıqlarını göstərmiş, yardımların və maarifləndirici materialların paylanılmasında aktiv iştirak etmişdilər. Yardım alan şəxslər Tərtər rayon İcra Hakimiyyətinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə bu xeyirxah addımına görə öz təşəkkürlərini bildirdilər.