Bu gün Az.QAC Suraxanı RB-si qarşıdan gələn “15 iyun – Milli Qurtuluş Günü” bayramı ilə əlaqədar tənha qocalar, əlil və aztəminatlı ailələrlə görüş keçirdi. Tədbir iştirakçıları koronavirus qaydalarına riayət edərək hissə-hissə dəvət olundular.
Tədbiri giriş sözü ilə açan Az.QAC Suraxanı RB Sədri Turan xanım Hüseynova çıxış edərək qeyd etdi ki, tariximizdə 1993-cü il 15 iyun “Milli Qurtuluş Günü” kimi daxil olmuş və bu tarix böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Həmçinin, görüş iştirakçılarına “COVİD – 19″ – la bağlı maarifləndirici söhbətlər aparılıb, Az.QAC və UNİCEF in birgə hazırladığı kitabçalar paylanılıb.