18 iyun 2020-ci il tarixdə AzQAC-n baş ofisində Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun “SOCAR Polymer” MMC-nin Baş direktorunun müavini Fuad Əhmədov və “Paşa Həyat Sığorta” ASC-nin Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədovla görüşü olmuşdur.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları Cəmiyyətin kollektivi, çoxsaylı könüllüləri adından salamlamışdır. AzQAC-ın tarixi haqqında qısa məlumat vermişdir. Cəmiyyətin fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr haqqında danışdı. Həmçinin, AzQAC-a dövlət dəstəyinin göstərilməsinin önəmindən də bəhs etmiş və Azərbaycan Respublikasının Prezidenti Zati-alilələri cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamları xüsusi olaraq qeyd etmişdir. Covid-19 pandemiyası ilə əlaqədar Cəmiyyətin gördüyü mühüm işlərdən söhbət açan Novruz Aslanov ehtiyaclı insanlara göstərilən yardımlardan, əhali arasında aparılan maarifləndirmə işlərindən, xüsusilə də, AzQAC-a fiziki və hüquqi şəxlər tərəfindən verilən dəstəkdən danışmışdır.
Daha sonra çıxış edən “Paşa Həyat Sığorta” ASC-nin Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov və “SOCAR Polymer” MMC-nin Baş direktorunun müavini Fuad Əhmədov təmsil etdikləri şirkətlərin rəhbərlərinin salamlarını və təşəkkürlərini AzQAC-ın prezidentinə çatdırmış, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə gördükləri humanitar işlərdən danışmışlar. Bundan sonra da AzQAC ilə əməkdaşlıqlarnın genişlənən və artan sürətdə davam edəcəyindən əmin olduqlarını bildirərək, gələcəkdə AzQAC-a həyata keçirəcəyi humanitar layihələrə dəstək ola biləcəklərini qeyd etmişlər.
Daha sonra Novruz Aslanov hər iki şirkət nümayəndəsinə AzQAC-ın “100 illik Yubiley medalı” təqdim etdi. Qonaqlar göstərilən diqqət və qayğıya görə AzQAC-ın prezidenti Novruz Aslanova öz təşəkkürlərini bildirdilər.