Hər il 14 iyun tarixi dünyada Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi Qan Donor günü kimi qeyd olunur. Bu il Dünya Qan Donor günü pandemiya dövrünə təsadüf edir. Bu iclasın əsas məqsədi Qan Donoru olmaq barədə məlumatlılığı artırmaq, maraqlı tərəflərlə fikir mübadiləsi aparmaqdır.
Ənənəvi olaraq, hər il, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regional Mərkəzlər və rayon Bölmələri vasitəsilə 14 İyun Ümumdünya Qan Donor gününə həsr edilən tədbirləri təşkil edir. Bu ildə ölkədə COVİD-19 la bağlı vəziyyəti nəzərə alaraq, günün qeyd olunması onlayn konfrans təşkil edilməsi qərara alınmışdır. Bu tədbir Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası ilə birgə keçirilmişdir.
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası , Səhiyyə Nazirliyi, Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, Hemofiliyalı Xəstələrin Respublika Assosasiyası, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB, “Sağlamlığa Xidmət” İctimai birliyi, “Həyat” Humanitar Dəstək təşkilatı, “Vərəmsiz Gələcəyə Doğru” İB “Vərəmsiz Gələcəyə Doğru” İB, Beynəlxalq Avarasiya Mətbuat Fondu, “İnformasiya Təşəbbüslərinə Dəstək” İB, Əlil Qadınlar Cəmiyyəti” Gənclərin Töhfəsi İB, Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və s. kimi dövlət təşkilatları və QHT-lərin nümayyəndələri iştirak etmişlər. Qeyd etmək lazımdır ki, onlayn konfransda müstəqil iştirakçılarda qatılmışlar.
Konfransın keçirilməsində məqsəd qan donoru olmağın nə qədər vacib və həyatxilasedici bir təşəbbüs olduğunu ictimaiyyətin diqqətinə çatdırmaq və bu sahə üzrə ixtisaslaşmış ekspert və mütəxəssisləri, ictimai fəalları və maraqlı tərəfləri cəmiyyətin mənafeyi naminə bir araya gətirərək fikir mübadiləsi aparmaqdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan Sağlamlıq Proqramının koordinatoru Mətanət Qaraxanova qan donorluğunun tarixi, təşkili və inkişafı” mövzusunda təqdimatla çıxış etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi Layihələrinəlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə AzQAC ilə içtimai səhiyyə sahəsində əməkkdaşlığı xüsusi vurğulayaraq, keçirilən tədbiri çox yüksək qiymətləndimişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın hər zaman qan donorluğu ilə bağlı aksiyalarda fəal iştirakı və davamlı olaraq QHT-lərin donorluqla bağlı fəaliyyətlərini dəstəkləklədiyini qeyd etdi. Pandemiya dövründə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın qanın təmin olunması üçün müraciətinə əsasən mayın 20-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da bu çağırışa qoşuldu və qan bağışladılar. O, xüsusi olaraq qeyd etdi ki, 14 iyunun Qan Donor günü kimi qeyd olunması, insanları şəfqətə, mərhəmətə, xeyirxahlığa səsləməklə simvolizə olunur, çünki ilin bütün günlərində qana daim ehtiyacı olan insanlar var. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatlarının bu günü xüsusi qeyd etməsi, əhali arasında bu istiqamətdə maarifləndirmə aparması, əhalini qan verməyə təşviq etməsi təqdirəlayiqdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İcraçı Katibin müavini Sabina Məhbubi-İran, qan vermədə insanlar arasında məlumat azlığı olduğunu bildirdi və bu işdə bütün Vətəndaş cəmiyyəti təşkilatlarını düzgün anlayışın formalaşması və məlumatlılığı artırmaq üçün səfərbər olmasını labüd hesab etdiyini bildirdi. Sonda COVİD-19 xəstəliyi ilə mübarizə aparan şəxsləri həyata qaytarmaq üçün qan donoru olan şəxslər konfrans iştirakçıları tərəfindən alqışlandı.