ABŞ səfiri Li Litzenberger və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Missiya Direktoru Doktor Jay Singh, 19 İyun Cümə günü, Bakıda Qızıl Aypara Anbarına baş çəkdi. USAID tərəfindən maliyyələşdirilən gigiyena ləvazimatlarının paylanması üçün qutular hazırlanmışdır və Qızıl Ayparanın könüllüləri tərəfindən Bakıdakı və ölkənin 14 digər bölgəsindəki 600 ehtiyacı olan ailəyə çatdırılaraq, 3600 nəfərə kömək edəcəkdir. Bu yardım Amerika xalqının səxavəti ilə ABŞ-ın COVID-19 pandemiyasına qlobal reaksiyasının bir hissəsi olaraq mümkün oldu. Azərbaycan Qızıl Aypara Cəmiyyəti fürsətdən istifadə edərək ABŞ səfirinə və USAİD Missiyasının rəhbərinə ziyarətə, göstərilən köməyə və qurulmuş əməkdaşlığa görə minnətdarlığını bildirir.