25.06.2020-ci il tarixdə qarşıdan gələn 26 iyun “Silahlı Qüvəllər ” gününün 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsində növbəti tədbir keçirildi. Keçirilən tədbirə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvləri, müharibə veteranları, arxa cəbhə veteranlarını, şəhid ailələri və Qarabağ əlilləri dəvət olunmuşdu. Tədbiri açan AzQAC Suraxanı RB Sədri Hüseynova Turan tədbir iştirakçılarını təbrik etdi, onlara can sağlığı, uzun və sağlam ömür arzuladı. Bütün tədbir iştirakçılarına ərzaq yardımı və son vaxtlar dünyanı bürüyən COVİD-19 virusdan qorunmaq üçün maarifləndirici bukletlər paylanıldı.
Tədbirə dəvət olunan “Müharibə Veteranları Təşkilatı”- nın sədri Eldar Rüstəmov veteranlar və öz adından Dövlətimizə və Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz Aslanova, Az QAC Suraxanı RB Sədri Turan xanıma təşəkkür etdi. Tədbirin sonunda Eldar müəllim minnətdarlığını bildirərək AzQAC Suraxanı RB-nə “Fəxri Fərman”la təltif etdi.