Bu ağır Covid-19 pandemiya dövründə ehtiyaclı ahıllara dəstək olmaq,onlara tək olmadıqlarını hiss etdirmək ən böyük savabdı.Bu ağır günlərdə əhatəmizdə olan xeyirxah insanların dəstəyi ilə biz ayparacılar da savab yiyəsi olur,ahıllarımızı tək qoymuruq.Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan daha 30 nəfər ehtiyaclı ahıla qurban payı verildi. Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyirxah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində onlara göstərilən bu diqqət ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə qurban payları bölmənin könüllü heyəti tərəfindən evlərində çatdırıldı.Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!