282ea3c4-4abf-47cc-901f-19c42d6f0a34

Pirallahıda yaşayan 55 ailəyə qoruyucu maskalar və gigienik ləvazimatlar çatdırıldı

 

Karantin dövründə əhalinin aztəminatlı təbəqəsi humanitar və gigiyenik yardımlarla da təmin olundu.Həm dövlət tərəfindən həm də fiziki şəxslər və təşkilatlar tərəfindən vaxtaşırı olaraq əhaliyə yardımlar çatdırıldı. Belə yardımlardan biri də yaxın günlərdə yaşadığımız Pirallahı rayonunda baş tutdu. Belə ki, yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti ,USAID və Unicef təşkilatı ilə birgə Covid-19 pandemiyasına dəstək kampaniyasının bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıda və bölgələrdə yerləşən bölmələrinin xətti ilə verildi. Yardım çərçivəsində Pirallahıda yaşayan 55 ailəyə qoruyucu maskalar və gigienik ləvazimatlar çatdırıldı. Yardımların paylanılmasında AzQAC Pirallahı rayon bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak etdilər. Qeyd edək ki, indiyə kimi ümumilikdə Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1200-dən çox ailəyə humanitar yardımlar çatdırılmışdır.ee2e7851-33cb-442e-9729-4c6ed253acd8 a8c3fd2a-827d-45d7-bd4b-5ef1501ad9ab 19207b39-e487-47df-bd84-da1a777de971 282ea3c4-4abf-47cc-901f-19c42d6f0a34 32f6b0a7-e80a-4bc2-9714-abbc609d718d 3bc348d3-0f77-4f43-8cf2-e27d8e550b69

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.