İclası açıq elan edən AzQAC-ın vitse prezidenti, Yeni Strateji İnkişaf Planı üzrə Komissiyasının sədri Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun təklif və tövsiyyələrini komissiya üzvlərinin nəzərinə çatdırdı. Vitse prezident ötən iclasın nəticələrinin müzakirə olunmasını, təkliflərin dəyərləndirilməsini təklif etdi. Bu günki iclasın əsas mövzusunun sağlamlıq və qayğı sahəsinə aid olacağını bildirdi.
Daha sonra çıxış edən AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Cəmiyyətin rayon və şəhər bölmələrindən gələn təklif və rəylər haqqında ətraflı məlumat verdi. SİP-ə daxil olan 5 istiqamət haqqında danışdı. Pandemiyanın 2002-ci ildən bu günə kimi gündəmdə olduğunu qeyd edən icraçı katib bu sahədə blik və bacarıqların artılmasının vacibliyindən söhbət açdı.
Hazırki vəziyyət, COVİD-19 –la müabrizə ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verən İcraçı Katibin müavini Səbinə Məhbubi İran sağlamlıq və qayğı sahəsində öz təklif və rəylərini bildirdi. SİP-in istiqamətləri üzrə şərhləri səsləndirdi, infeksiyon xəstəliklər haqqında danışdı. Keçirilən sorğunun nəticələrini iştirakçılara çatdırdı. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün maddi-texniki bazanın olmasının vacibliyini xüsusi vurğuladı.
Sağlamlıq və qayğı sahəsinə yeni təklif ilə çıxış edən Humanitar Yardım şöbəsinin müdiri Əliağa Abbasov tibb otaqlarının yaradılımasnın gələcəkdə bu kimi pandemiya halları ilə mübarizədə AzQAC-a köməklik edəcəyini bildirdi.
Daha sonra yeni bir təkliflə çıxış edən AzQAC-ın Sumqayıt regional mərkəzinin koordinatoru Mətanət Məhərrəmova rayon və şəhər bölmələrinin hər birində ixtisaslaşmış tibb bacılarının olmasının vacibliyindən danışdı. Təklif olaraq bunun nəzərə alınmasını xahiş etdi.
Video görüntü ilə Mingəçevir regional mərkəzin koordinatoru Aydın Nəsibov, Gəncə regional mərkəzin koordinatoru İsmayıl Əsədov, Gəncə şəhər bölməsinin sədri Sücəddin Qurbanov, Lənkəran regional mərkəzin koordinatoru Zəfər Miriyev, Astara rayon bölməsinn sədri Asif Hüseynquliyev və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Rasim Allazov qoşularaq öz fikirlərini söylədilər.
Komissiyanın növbəti iclasının 2020-ci il sentyabrın 11-də keçirilməsi qərara alındı.